Aparıcı Tural Əsədov qızı ilə bağlı diqqət çəkən paylaşım edib.
OLAY yazır ki, televiziya ulduzu qızının onu öpdüyü an çəkilən fotosunu sosial şəbəkə hesabında yayımlayaraq mərhum Xalq artisti Nəsibə Zeynalovanın “Bəyin oğurlanması” filmində səsləndirdiyi sözlərini yazıb. “Anton. Yox. Antoni, sən mənim ürəyimi yaralamısan. Sonra da qəş eliyir gedir”.
Qeyd edək ki, keçmiş teleaparıcı Gülgün Qurbanova ilə evli olan Turalın qız övladından savayı bir oğlan övladı da var.
Rəşad Əliyev