Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazovun keçmiş həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko son paylaşımı diqqətləri üzərinə cəmləyib.
OLAY yazır ki, Amsterdamda tətildə olan 52 yaşlı opera ifaçısı narkotik vasitədən istifadə edib.
Anna sözügedən maddəni qəbul etdikdən sonra fikirlərini bu sözlərlə ifadə edib:
“Qətiyyən bir dənə də olsun xoş hiss yoxdur. Anlaya bilmirəm, insanlar bunu niyə özlərinə edir. Başım sadəcə ağırlaşdı, hər şey ləngidi. Heç bir gülüş yoxdur. Sadəcə bir yüngüllük hiss edirsən. Nə həyəcan var, nə bir şey. Sonra səs tellərimi yandırdım. Yaxşısı şərab və ya tekila içməkdir. Bir sözlə, başa düşdüm ki, ot mənimlik deyil".
Qeyd edək ki, Yusif və Anna iki ay əvvəl 10 illik evliliklərini sonlandırıb. Annanın ilk evliliyindən Tiyaqo adlı bir oğlu var.