“Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi davam edir. Diaspor gənclərinin növbəti görüşü tanınmış aktyorlarla olub. “Bu şəhərdə”nin kollektivi – Prodüser, ssenarist Müşfiq Abbasov, Əməkdar artistlər Rəfail İsgəndərov və Coşqun Rəhimov, həmçinin aktrisa, televiziya verilişləri aparıcısı, Əməkdar artist Dilarə Əliyeva düşərgə iştirakçıları ilə görüşə gəliblər.
OLAY yazır ki, tədbirdə diaspor gəncləri ilə yanaşı, Laçının yerli sakinləri də iştirak edib. Tamaşaçıların böyük marağına səbəb olan qonaqlar coşqulu alqışlarla qarşılanıblar.
Görüş zamanı aktyorlar Laçında olmaqdan, belə bir möhtəşəm tədbirdə iştirakdan məmnunluqlarını ifadə edib, düşərgə haqqında düşüncələrini və gənclərə ürək sözlərini deyib, onlara uğurlar arzulayıblar. Əməkdar artistlərin tamaşalarından videolar nümayiş olunub, suallar cavablandırılıb, musiqi nömrələri səsləndirilib, qonaqlarla iştirakçılar birlikdə rəqs edib.