WOW
WOW

“DreamFest” NTV-də yayımlanacaq

“DreamFest” NTV-də yayımlanacaq

Xalq artisti və iş adamı Emin Ağalarovun təşəbbüsü ilə Bakıda keçirilən “DreamFest” beynəxalq musiqi festivalı Rusiyanın NTV kanalında yayımlanacaq.

OLAY yazır ki, bu haqda festivalın sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, 170-dən çox musiqiçinin yer aldığı möhtəşəm və analoqu olmayan festival 18 avqust saat 22:50-də yayımlanacaq. 

Qeyd edək ki, “DreamFest”in aparıcıları Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci bəxş edən müğənnilər Eldar Qasımov və Nigar Camal idi.

Rəşad Əliyev