Xalq artisti Afaq Bəşirqızı növbəti açıqlaması ilə gündəmə səs salıb.
OLAY yazır ki, sənətkar bu haqda münsif olduğu “Şən gənc” yumoristik verilişində danışıb.
Bəşirqızı bildirib ki, indi kişi olmaq istəyən azlıq təşkil edir:
“Əsl qadın çətinlikləri dəf edəndir. Qadın çətinliklərə qalib gəlməsə də, bilir ki, güclüdür. Yüz kişi də yığılsa, o çətinliyə qadın kimi qalib gələ bilməz. Yəni bunu o sübut edir. Amma çox təəssüflər olsun ki, indi kişi olmaq istəyən çox azdır. Bu isə dəhşətdir. Çünki əsl kişi olmaq azdır və çətindir”.
Rəşad Əliyev