WOW
WOW

Aparıcıdan İradənin mahnısına irad!

Aparıcıdan İradənin mahnısına irad!

Aparıcı-aktrisa Kəmalə Onur müğənni İradə İbrahimovanın “De, hardasan?” mahnısına irad bildirib.

OLAY yazır ki, bununla bağlı o, “Elə yox, belə” səhifəsi üçün video çəkib. 

K. Onur bildirib ki, Azərbaycan dilində mahnıda deyildiyi kimi, “yarım qalan” sözü yoxdur:

“Yarım çörək olar, kilometr olar, cəhənnəm, yarım litr olar. Amma “yarım qalan” demək doğru deyil”.

Qeyd edək ki, bu günlərdə TikTok-da trendə düşən mahnının sözləri Fəxrəddin Teymuroğlunun, musiqisi Gövhər Həsənzadənindir.