WOW
WOW

Ajda ilə bacısı arasında qalmaqal! - Video

Ajda ilə bacısı arasında qalmaqal! - Video

Türkiyənin super-starı Ajda Pekkanla bacısı Semiramis Pekkan arasında gərginlik yaşanıb.

OLAY yazır ki, buna səbəb ötən gün Ajdanın konsertində qonaq olan S. Pekkanın hərəkəti olub.

Belə ki, Semiramis dost qrupu ilə bacısını dinləmək üçün ön sırada əyləşib. Qeyd edilib ki, o, diqqəti özünə çəkmək üçün zala hər kəs əyləşdikdən sonra gəlib. Lakin konsert zamanı dostları ilə birgə qalxaraq kulisə gedib.

Buna sərt reaksiya verən Ajda səhnədən “Siz qaydaları bilmirsiniz ki, konsert zamanı kulisə getmək olmaz? Ayıb deyilən bir şey var. Göstəriş üçün gəlməyin! Bunu bağışlamayacağam”, - deyə, bildirib.

Bu zaman S. Pekkanın dostları zala qayıtsa da, özü geri gəlməyib.

Qeyd edək ki, uzun illərdir iki bacı arasındakı gərginlik danışılır. Bildirilir ki, Ajdanın ulduzunun parıldadığı dövrdə Semiramisin karyerası yarıda qalıb.

Onun məşhurluğu bacısına zərər verə biləcəyi üçün Semiramis fədakarlıq edib.