WOW
WOW

“Dörd övladımla həyata tutunmağa çalışdım”

“Dörd övladımla həyata tutunmağa çalışdım”

Əməkdar artist Fərqanə Qasımova ad günü ilə bağlı paylaşım edib.

OLAY yazır ki, 44 yaşı tamam olan sənətçi bu sözləri yazıb:

“Dünya rəngarəng biz də bir rəng. Sənətkar ocağında dünyaya göz açdım. Ustadımın zəhməti ilə, onun yanında tez böyüdüm.
Yaradanın nəsib etdiyi istedadla 30 il Alim Qasımovla bərabər dünya səhnələrində unudulmaz, həyəcan dolu anlar yaşadım, çiyinlərimdəki ağır məsuliyyəti tamaşaçı alqışı xəfiflətdi, həvəsləndim, qanadlandım. Doğma Azərbaycanda da da, xaricdəki solo konsertlərimdə də təkamülə doğru yürüdüm, muğam sənətinin elmini öyrənmək arzum qədim “Nəva”nın, unudulmuş xalq mahnılarının xəzinəsinin - ecazkar musiqi aləminin qapılarını üzümə açdı. Dörd övladımla həyata tutunmağa çalışdım.Sevdim-sevildim. Bu fani dünyadan çox istəyim yoxdur - pisi yaxşıdan seçməkdə mənə yardım etsin. 45 yaşım mübarək, ugurlu olsun”.