WOW
WOW

“Pozğun”dan kadrlar müzakirə yaratdı

“Pozğun”dan kadrlar müzakirə yaratdı

Müzakirələrə səbəb olacaq “Pozğun” filmindən treyler paylaşılıb.

OLAY yazır ki, Elvin Abdullanın rejissorluğu ilə lentə alınan ekran işindən ilk görüntülər diqqət çəkib. 

Filmin mövzusuna əsasən narkotik aludəçisi olan Ədiş adlı obraz öz həyat yoldaşını öldürür. Belə ki, o, xanımının fahişəliklə məşğul olduğunu düşünür. 

Treylerdə xüsusilə aktrisa Ülfət Bəşir Fazilin cəsarətli səhnələri maraqla qarşılanıb. 

Bundan başqa ekran işində Mələk Heydərova, Ülvi Həsənli və Cavanşir Məhərrəmov kimi simalar rol alıb.