Bakıda konsert verməyə hazırlaşan dünyaca məşhur müğənni Riki Martin  Azərbaycanla bağlı paylaşım edib.

OLAY yazır ki, o, sosial media hesablarında təyyarədən qızı ilə fotosunu paylaşaraq bu sözləri yazıb:

“Hər şey üçün təşəkkürlər, Türkiyə. Növbəti dayanacaq Azərbaycan”.

Qeyd edək ki, dünya ulduzu sabah “Sea Breeze”də konsert verəcək.

Riki Martindən Azərbaycan paylaşımı