WOW
WOW

Rövşən İsax da təltif olundu

Rövşən İsax da təltif olundu

Prezident İlham Əliyev Azərbaycan kino işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

OLAY yazır ki, Sərəncama əsasən, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilənlər sırasında rejissor Rövşən İsax da yer alıb. 

Qeyd edək ki, Rövşən İsax 14 avqust 1970-ci ildə Gəncədə anadan olub. M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "dram teatrı və kino aktyoru" fakültəsində təhsil alıb (1988–1992). Dövlət Gənclər Teatrında (1993–1994), Dövlət Pantomim Teatrında (1994–1995) aktyor kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (1993–1998) müəllim kimi çalışıb. Azərbaycan Dövlət Televiziyasında, ANS TV-də, Space TV-də rejissor kimi çalışıb. Türkiyənin Samanyolu Televiziyasının STV Azərbaycan filialında icraçı direktoru olub (1998–2001). Hazırda "Pozitiv Media"nın direktorudur. Tam və qısametrajlı bədii, habelə onlarla reklam filminin müəllifidir.

1 avqust 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilib

 Ailəlidir. Üç övladı var.