WOW
WOW

Səmranı bəyəniblər...

Səmranı bəyəniblər...

Xalq artisti Röya Ayxan ötən gün ən çox Səmra Rəhimlini bəyəndiyini söyləyib. 

OLAY-ın sualını cavablandıran sənətçi onu “Kəpənəkli qızım” adlandırıb:

“Hamısını çox bəyəndim. Heç kimə söz deyə bilmərəm. Hamısı möhtəşəm idi. “Kəpənəkli qızım” ayrıca. Səmra… Bizimkiləri səhnədə sevirəm” . 

Bundan başqa, gənc həmkarı Mehin Hümbətova da Səmranın performansını və tərzini bəyəndiyini söyləyib:

“Səmranın səhnə performansını bəyəndim. Özünə yaraşan bir “dəli” obrazı var, onu çox sevirəm. Bu, sırf Səmraya yaraşır. Tənqid olunmaq normaldır. Biz səhnədəyiksə,fərqli obraz təqdim ediirksə, mütləqdir, hər dəfə qəbul olunmaya bilir. Amma əsas odur ki, Azərbaycan şou-biznesində fərqli çıxışlar tənqid edən müğənnilərimiz var”.