WOW
WOW

“Səmranın yaradıcılığı Azərbaycana 40-50 böyükdür”

“Səmranın yaradıcılığı Azərbaycana 40-50 böyükdür”

Əməkdar artist Mehriban Xanlarova “DreamFest” performansı ilə müzakirə olunan Səmra Rəhimlidən yazıb.

OLAY yazır ki, o, instaqram hesabında bu fikirləri qeyd edib:

““DreamFest”də Səmranın, səhnə performansını və geyimlərini çox bəyəndim. Azərbaycan şou-biznesində yeganə ulduzdur ki, heç kimi təkrarlamır! Çox təəssüf ki, Səmranın yaradıcılığı bizim ölkəyə 40-50 il böyükdür. Bu səbəbdən bir mənalı qarşılanmır. Amma onun səhnə şousunu hər hansı bir Xalq artisti eləsə, təriflərin ardı-arası kəsilməyəcəkdi”.