NTV telekanalının baş prodüseri Timur Vaynşteynin xanımı Yana Batırşina toy görüntülərini paylaşıb,
OLAY yazır ki, görüntülərdə 20 il əvvəlki kadrlar yer alıb:
““Çoxları bilir ki, Timurla mənim iki toyumuz olub, iyulun 10-da Moskvada və 17-də Bakıdaş Biz həmişə bu iki tarixi qeyd edirik! 20 il əvvəl dostlarımız və ailəmizlə inanılmaz bir gün keçirdik. 300-ə yaxın qonaq, toy bütün milli Azərbaycan adət-ənənələrinə uyğun, ən əsası isə çox əyləncəli, səs-küylü, sonsuz rəqs və mahnılarla keçdi!”, - deyə, Batırşina bildirib.