WOW
WOW

Həmidə Ömərova “Sara”da!

Həmidə Ömərova “Sara”da!

Arb TV-də yayımlanan “Sara” serialına yeni sima daxil olub.

OLAY yazır ki, ikinci sezonda Xalq artisti Həmidə Ömərova da sözügedən ekran işində rol alacaq.

Bununla bağlı serialın baş rollarından biri olan Əməkdar artist Mehriban Xanlarova məlumat yayıb.

“Arb telekanalında yayımlanan “Sara” serialının ikinci mövsümü üçün çəkilişlərə başladıq. Yeni mövsümdə, dəyərli sənətkarımız Həmidə Ömərova ilə eyni səhnəni bölüşmək qürur vericidir. Həmidə xanım, Allah sizi qorusun”, - deyə, Xanlarova qeyd edib.