Müğənni Natavan Həbibi estetik əməliyyatlarla bağlı danışıb.
OLAY yazır ki, sənətçi bu barədə “Xəzər axşamı” verilişində açıqlama verib.
“Hələ heç bir estetik əməliyyat etdirməmişəm. Görürəm, estetik etdirənlər bir-birinə oxşayır. Ona görə bu haqda düşünürəm. Ətrafımda 1-2 nəfərdən başqa hamı deyir ki, hələ etdirmə. Gözləyirəm, bir az yaş keçsin”, - deyə, Natavan bildirib.