WOW
WOW

15 il sonra barışdılar!

15 il sonra barışdılar!

Türkiyə şou-biznesinin qalmaqal yaşayan ulduzları Yıldız Tilbe və İbrahim Tatlıses barışıb.

OLAY yazır ki, bu barışıq 15 il sonra Bodrumda baş tutub.

Bir araya gələn məşhurlar birgə fotolarını instaqramda paylaşıblar.

Tatlıses “Xoş gəldin, Yıldız qızım”, - deyə, bildirib.

Qeyd edək ki, sənətçilər illər əvvəl “İbo şou”da dalaşmışdı.

Tatlıses tez-tez Yıldızının ifasını yarıda kəsmiş, daha sonra isə ona qəzəblənmişdi.