WOW
WOW

Dilarə Əliyeva ilkə imza atacaq!

Dilarə Əliyeva ilkə imza atacaq!

Əməkdar artist Dilarə Əliyeva stend-ap konserti verəcək.

OLAY yazır ki, bu barədə sosial media hesabında məlumat verib.

O bildirib ki, Azərbaycanda ilkə imza atacaq:

“Uzun illər öncə bu sahəyə addım atanda məni sevəcəyinizi xəyal edirdim, amma bu qədəri ağlıma gəlməzdi…

Bir yola çıxdıq və bu yolda minlərlə ürəyə yol tapdım, sevgi qazandım, hərdən xaotik sevgi seli, hərdən düzünə deyilən, ürəkdən gələn sözlər məni özünüz kimi gördüyünüzün sübutudur.

Daha bir yol məni gözləyir. 26 oktyabrda Heydər Əliyev sarayında ölkə tariximizdə ilk dəfə olaraq bir qadın stend-apçının solo konserti olacaq.

Müxtəlif intonasiyalar ilə “Mintonasiya”da hamınızı gözləyirəm!

Biletlər iticket platformasında və şəhərin bütün kassalarında!”.

Qeyd edək ki, konsertə biletlər 30 manatdan başlayır.