Xalq artisti Ofeliya Sənaninin səhhətində problem yaranıb.
OLAY Axşam.az-a istinadən yazır ki, aparıcı bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.
Məsələ ilə bağlı açıqlama verən O. Sənani evə buraxıldığını və müalicəsini davam etdirdiyini deyib:
“İnfarkt keçirdim. Həkim dedi ki, özünü qorumalısan. Səhhətim yaxşı deyil. İndi bağa köçürəm ki, orada dincəlim. Uzun illərdir xəstəliyim var. Hər zaman müalicələr almışam”.