WOW
WOW

“Keçmişimizdən heç vaxt utanmamışıq”

“Keçmişimizdən heç vaxt utanmamışıq”

Müğənni bacılar Sevil-Sevinc Səfərovalar arxiv şəkillərinə yazılan şərhlərə cavab veriblər.

OLAY yazır ki, bununla bağlı sənətçilər sosial şəbəkə hesablarında paylaşım ediblər:

“Şərhləri oxudum və dəhşətə gəldim. İnsanlar niyə aqressivləşib? Bu, məni həqiqətən qorxudur. Bilmirəm həyatınızda nələr yaşamısınız. Amma sizə heç bir zərəri olmayan insanlara kin dolu sözlər yazmağınız üçün ya böyük psixoloji probleminiz olmalıdır, ya da istədiyiniz həyatı yaşaya bilməyib, özgüvənsiz, paxıl, sevilməyən biri olmalısınız.

Unutmamış onu da deyim ki, keçmişimizdən heç bir zaman utanmamışıq, Allaha çox şükür. Sizin lağ edib güldüyünüz o iki qız çox şükür yaxşı gələcək qurublar. Həm özlərinə, həm ailələrinə. Siz yazmağınızda olun. Allah sizə gözəl həyat bəxş etsin, bizə zamanınız qalmasın” deyə, paylaşımda qeyd olunub”.