WOW
WOW

“Mən Bakıya köçməmişəm”

“Mən Bakıya köçməmişəm”

Bakıda istirahət edən keçmiş aparıcı Günel Hümbətova tətili ilə bağlı paylaşım edib.

OLAY yazır ki, qızı ilə ABŞ-dən gələn Günel hekayə bölməsində bunları yazıb:

“Bakıya gələndən milli yeməklərdən ancaq yeyib yatıram. Üstəgəl 5 kiloqram almışam. Bu aralar çox paylaşımlar da etmirəm. Çünki mənə nə maraqlı, nə də əhəmiyyətlidir. Başqalarını da nadir hallarda girib izləyirəm. Doğmalarımın əhatəsində istirahətimin dadını çıxardıram, səhərədək bol söhbətlər edirik. Amerikada hamısı üçün çox darıxmışdım. Bir də yazıb soruşanlara cavab: “Yox, mən Bakıya köçməmişəm”. Bura tətilə gəlmişik. Bakının yayı üçün çox darıxmışdım. Mən 6 il idi ki, Bakının yayını görmürdüm. Özümü burada çox xoşbəxt hiss edirəm. Bir nömrəli məqsəd Amerikaya qayıdanda bu balaca qıza mütləq Azərbaycan dilini öyrətməkdir. Günümüz belə keçir. Qızım nənəsi ilə də “Google translate” vasitəsi ilə ünsiyyətdədir. Həm gülməli, həm də ağlamalıdır”.