WOW
WOW

Hacı İsmayılov mərhum tərəf müqabilindən danışmaq istəmir?

Hacı İsmayılov mərhum tərəf müqabilindən danışmaq istəmir?

Xalq artisti Hacı İsmayılov “Həm ziyarət, həm ticarət” filmində tərəf müqabili olan, mərhum Xalq artisti Nuriyyə Əhmədovadan dnaışmaq istəməyib.

OLAY yazır ki, bu barədə “O üz” verilişində aktrisa-aparıcı Ülviyyə Xəlilbəyova deyib.  Sənətçi bildirib ki, proqramın N. Əhmədovaya həsr olunan bölümü üçün ona müraciət etsələr də, aktyor danışmayıb:

“Aktyorlar var ki, Nuriyyə xanıma dönük çıxdı. Onlara zəng edib dedik ki, müsahibə alaq. Cavab verdilər ki, bizdən başqa adam yoxdur, müsahibə alasınız? Hacı İsmayılov heç vaxt onun haqqında danışmaq istəmir. “Həm ziyarət, həm ticarət” filmində tərəf müqabili olublar. Amma dəfninə belə getməyib, onunla bağlı danışmaq istəmir”.