“Var, yaşanmış hekayələr, var, yazılmış hekayələr… Hekayəmin ən gözəl səhifəsindəyəm. Sevgilərlə sizin Vüsalə Əlizadə. Yeni yaşım xoş gəldi”.
OLAY yazır ki, bu sözləri aparıcı Vüsalə Əlizadə ad günü ilə bağlı yazıb.
40 yaşı tamam olan Vüsalə bunları qeyd edib:
“Sağlıq, sevgi, hüzur, bol şans, uğur, dürüst dostluqlar getir mənə.Hər il olduğu kimi yenə də heç nə etmək istəmirəm deyən mən və 12 iyul tarixinə saatlar qala bütün proqramımı qurub, randevularıma qədər alıb məni tam hazır vəziyyətdə çəkiliş meydanına getirən dostlarım doğmalarım. Allahın çox xoşbəxt bəndəsiyəm ki, varımsınız, mənim olanlarım”.