WOW
WOW

67 yaşlı aktyor fəhləlik edir?

67 yaşlı aktyor fəhləlik edir?

Aktyor Midhat Aydının fəhləlik etdiyi iddia olunub.

OLAY yazır ki, buna səbəb 67 yaşı sənətçinin sosial şəbəkələrdə paylaşılan görüntüləri olub.

Videoda ağır tikinti işləri ilə məşğul olduğu görülən aktyorun maddi vəziyyətinin yaxşı olmadığı deyilib. 

Bundan sonra M. Aydın özü açıqlama yayaraq fəhləlik etmədiyini, çəkilən görüntülərin öz evində lentə alındığını bildirib. 

O qeyd edib ki, video evinin tikintisində çalışan fəhlələrə kömək etdiyi zaman çəkilib.