Türkiyəli müğənni Mahsun Kırmızıgül İranda prezident seçilən Məsud Pezeşkianı təbrik edib.
OLAY yazır ki, bununla bağlı o, instaqramda foto paylaşıb və farsca bu sözləri yazıb:
“Prezident Məsud Pezeşkianı təbrik edirəm. Sizdən ən böyük xahişim iranlı qadınların həyatını yaxşılaşdıracaq və onları zorakılıqdan qoruyacaq islahatlar aparmağınızdır. Sizi qadınlarımızın qəddarlıq və zorakılıq olmadan, dinc, xoşbəxt yaşaması üçün lazımi addımları atmağa ürəkdən çağırıram. Əgər siz bu islahatları aparsanız, sizə söz verirəm, İranın ən böyük stadionunda pulsuz konsert verəcəm”.