WOW
WOW

Aygün klipi üçün Okan Bayülgenin məkanını bağlatdırdı

Aygün klipi üçün Okan Bayülgenin məkanını bağlatdırdı

Xalq artisti Aygün Kazımova “S.O.S” adlı yeni layihəsini sevənlərinin ixtiyarına verib. 

OLAY yazır ki, sənətçi bu dəfə də türk rejissor Selim Akara müraciət edib.

Ekran işində Kazımovanı “Vogue” tərzində rəqs edən 15 rəqqas müşayiət edib. Layihə üzərində 60 nəfərdən ibarət yaradıcı heyət çalışıb.

Çəkiliş üçün türkiyəli şoumen Okan Bayülgenin sahibi olduğu “Dada Salon Kabarett” bağlatdırılıb. 

Mahnının sözləri Orxan Qarabasmaya, musiqisi Kazımcana aiddir.