WOW
WOW

“Yuxumda İlhamə dedi ki, Sərxan onu narahat edir”

“Yuxumda İlhamə dedi ki, Sərxan onu narahat edir”

Aparıcı Elgiz Əkbər açıqlaması ilə diqqət çəkib.

OLAY yazır ki, bu barədə “Elgizlə izlə” proqramında danışıb. O bildirib ki, mərhum Xalq artisti İlhamə Quliyevanı yuxusunda görüb:

“8 ildir ki, İlhamə Quliyeva dünyasını dəyişib. Amma bu illər ərzində o, mənim yuxularıma gəlməyib. Ötən gün yuxumda onu gördüm. İlhamə xanım dedi ki, Sərxan Kərəmoğlu məni çox narahat edir. Bunu Sərxanın özünə çatdır. Atamın qəbrinə and olsun ki, İlhamə xanım bax bu cür dedi”.

Qeyd edək ki, S. Kərəmoğlu bir neçə dəfə Quliyeva ilə bağlı qalmaqallı açıqlamalar vermişdi.