WOW
WOW

“Uşağı döymək lazımdır”

“Uşağı döymək lazımdır”

Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov müzakirə yaradacaq açıqlamalar veriblər.

OLAY yazır ki, onlar “Şən gənc” layihəsində uşaqlıqda şiddət görmələri ilə bağlı danışıblar. 

R. İsgəndərov  “Uşaq vaxtı valideynlər tərəfindən döyülmüşəm, əllərinə quzu kəsim. Müəllimlər tərəfindən də döyülmüşəm, qarşılarında baş əyirəm. Gəlib evdə deyirdim ki, müəllim məni vurub. Cavab verirdilər ki, əcəb edib, yəqin nəsə etmisən vurub. Dərs oxumayanda 2 yazardılar, döymürdülər. Amma şuluqluq etmişəm, hansısa qızın hörüyünü dartmışam, döyülmüşəm. Kim döyülməyib ki? O vaxtın psixoloqu oxlov idi, kürəyinin ortasından vururdular, gəlib üstündən üzr də istəyirdin. Bəzilərində ata spirtli içki aludəçisi olur, uşağı döyür. Buna əlbəttə qarşıyıq. Amma lazımdır”, - deyə, bildirib.

C. Rəhimov həmkarının fikirlərinə qarşılıq olaraq “Birinci sinifdən döyülmüşəm. Müəllimimin yun çubuğu var idi. Dərsdə səs saldım, əlimin üstündən vurdu, yeri də qaldı. Evdə istədim gizlədim, anam gördü. Getdi müəllimin yanına ki, vur, amma elə et ki, yeri qalmasın. Biz şiddətə qarşıyıq, amma tərbiyə metodu var: qulaq çəkmək, şillə vurmaq olmalıdır. Belə böyümüşük, yaxşı da böyümüşük. İndi dəymə uşağa, psixologiyası pozular deyirlər”, - deyə, vurğulayıb