WOW
WOW

“Heyif ki çox gecdir, çata bilmirəm”

“Heyif ki çox gecdir, çata bilmirəm”

Əməkdar artist Aybəniz Haşımova arxiv fotosunu paylaşıb.

OLAY yazır ki, o, gənclik illərində çəkilən şəklini instaqram izləyiciləri ilə bölüşüb və bu sözləri yazıb:

“İllər ötür... O qızı, o körpəni axtarmağa başlayırsan... O isə çox uzaqlarda, səndən uzaq bir sahildə səni gözləyir. Gözləyir ki, tutub onun əlindən ucu-bucağı görünməyənlərə, yeni arzulara doğru gedəsən. Sən isə üzü yoxlara tərəf gedirsən. Nə qəribə həyatdır, elə deyilmi? Onsuz, səninlə yaşlanan gənclik. Hara gedirsən ay karvan köçü? Heç olmaya yerini de barı. Sənin üçün bərk darıxanda gəlib üzünü görüm, səsini eşidim, tellərinə yağan ag örpəyi doğrayib yollarına səpim. Sən getdin, mən də arxanca baxa-baxa qaldım. Sən getdin, həsrətdən alışdım-yandım. Sən getdin, sənə heç çata bilmədim, əlivida belə deyə bilmədim. Sən getdin, boylandın xatirələrdən, baxırsan şəkillərindən. Mən isə “bir vaxtlar o qız mən idim” dedim. Qoruyub ovcumda tuta bilmədim, indi hey qaçıram onun ardınca, heyif ki çox gecdir, çata bilmirəm”.