WOW
WOW

“Pis şərh yazırlar, Ülviyyə cavab verir”

“Pis şərh yazırlar, Ülviyyə cavab verir”

“Biz onsuz da nişanlanmışıq paylaşıblar, toyumuz olub heç bir televiziyanı çağırmamışam. Həmişə diqqət mərkəzində olmuşuq, bu da bizim uğurumuzdur”.

OLAY yazır ki, bu sözləri “Könüllü danış”a aktyor Murad İsmayıl həyat yoldaşı Ülviyyə Xəlilbəyli ilə haqqında çıxan xəbərlərdən danışarkən deyib. O bildirib ki, bəzən paylaşımları fərqli yozulur:

“Bundan niyə şikayət edim? Bu, xoşdur. Bizi çəkən insanlar da başa düşür. Onlara da xeyirdir, burada pis nə ola bilər? Zaman keçir, xırda nüanslar olur, o şişirdilir, yozulur, başqa cür paylaşılır. Məsələn, Ülviyyənin paylaşımı tamam başqa mənada idi. Onu kəsib, başqa cür paylaşdılar, tamaşaçılar da şərhlər yazdılar.  Yazırlar ki, bu hamıda olur,bizə nə. Belə baxanda bunu qabartmaq düzgün deyil. Şəklimizi paylaşırlar, özümüz də paylaşırıq, yaxşı bir şeydir. Bir də görürsən ana səhifəmdə 8 xəbər çıxıb, hamısı bizimlə bağlı. Özü də yaxşı baxılır. Biz bununla gündəmə gəlmək istəmir. Biz ikimiz Azərbaycanda məşhur cütlüyük. Birgə açılışlarda da iştirak edirik. Tək-tək başqa gücümüz var, birgə başqa. Bizim olduğumuz efirin reytinqi başqa cür olur. Ülviyyə də emosional çıxışlar olur. Xanımdır, mən daha çox o şərhlərin başını buraxıram. Bir də görürsünüz pis şərh yazırlar, Ülviyyə cavab verir. Baş qoşmuram. İnsanlar niyə pis rəy yazsınlar? Biz bu işdəyiksə, pis şərh olacaq. Bir ailənin bitməməyi üçün nə etmək olar? Bu başqa sualdır”.