Rusiyada populyarlaşan bloger Hüseyn Həsənov vergi ilə bağlı proseslərə cəlb oluna bilər.
OLAY yazır ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Mənbənin yaydığı xəbərə görə, Moskva Vergi Müfəttişliyi müvafiq iddia qaldırıb. Blogerin Federal Vergi Xidmətinə 144 milyon rubl (təxminən 2 milyon 748 min manat) məbləğində borcu yığılıb. Hazırda Hüseyn özü Rusiyada deyil.
Hətta vergi orqanları Həsənovun dörd bankdakı hesablarını bloklayıb.
“Bizim məlumatlara görə, hesabların bloklanmasına səbəb ödəniş edilməməsi və vergi pozuntusudur”, - nəşr yazıb
Bundan əvvəl Ə.Həsənovun payının olduğu şirkət başqa qurumdan iddia alıb.
Yapon mətbəxini hazırlayan restoran yeməklərin çatdırılması üçün bir şirkətin xidmətlərindən istifadə etsə də, bir neçə ay sonra bağlanıb.
İndi çatdırılma şirkəti keçmiş tərəfdaşından 645 min rubl tələb edir.
Blogerin təşkilatı çoxsaylı borclarına görə hesablarını bloklayıb. Şirkətdən təxminən 50 min rubl yığmağa çalışırlar.