WOW
WOW

Röya Ayxan ad günündə “Sərxoşam”ı yayımladı

Röya Ayxan ad günündə “Sərxoşam”ı yayımladı

Xalq artisti Röya Ayxan doğum günündə “Sərxoşam” adlı yeni klipini təqdim edib.

OLAY yazır ki, sözləri Altay Yaşar, musiqisi Fərid Kərimliyə aid olan mahnıya klip Roman Yaşar tərəfindən Qəbələdə çəkilib.

Dörd fərqli obrazda kamera qarşısına keçən Xalq artistinin stili üzərində Elnur Həsənov çalışıb.

Müğənninin klipində iki rəqqas - Zeynalova Roza və Xanbutov Möhsüm yer alıb.

“Sərxoşam” bütün musiqi platformalarında onlayndır.