Xalq artisti Tünzalə Ağayeva şagirdlərlə görüşüb.
OLAY yazır ki, görüş Avropa Azərbaycan məktəbində gerçəkləşib. Tədbir marifləndirmə xarakteri daşıyır. Belə ki, sənətçi Autizm Mərkəzinin səfiri və təmsilçisi olaraq görüşdə autizmli uşaqlarla rəftar və davranma qaydaları haqda söhbət açıb tövsiyələr verib.
Daha sonra Xalq artisti şagird Mikayıl Əzizov və Autizm Mərkəzinin “Mavi ürəklər” musiqi qrupu ilə birlikdə “Fərqliyəm, sizdən biriyəm” mahnısını ifa edib.
Ağayeva görülən işlərdən qürurlandığını vurğulayıb: “Mən autizmli insanların, Autizm Mərkəzinin bir dostu olaraq daim bu mövzuda marifləndirmə işləri görüb onları hər zaman dəstəkləyirəm və bununla əlbəttə ki, qürur duyuram. Nə gözəl ki, autizmli uşaqlara bir faydam olur”.
Tədbirdən lentə alınan görüntüləri təqdim edirik: