Müğənni Günay İbrahimli bacısı İlahənin Məzun günündən paylaşım edib.
OLAY yazır ki, sənətçi bacısının növbəti dəfə ADA Universitetindən məzun olduğunu vurğulayıb:
“Əziz bacım! Artıq 3-cü dəfədir ki, ADA məzunu olursan. Oxuya-oxuya gedirsən, bu təhsil yolunun axırı bilmirəm hara gedir. Yəqin, tezliklə alim olacaqsan. Bütün uğurlarına öz uğurum qədər sevinirəm! Daha da yüksəklərə, zirvələrə doğru. Səni sevirəm və hər zaman yanındayam. Fonda danışan atamdır”.