WOW
WOW

“Dedi ki, Moskvada ciddi işim var”

“Dedi ki, Moskvada ciddi işim var”

Mərhum Xalq artisti İlhamə Quliyevanın itkin düşən övladlıq oğlu Orxan Nadirovla bağlı yeni faktlar üzə çıxıb. 

OLAY yazır ki, bu barədə “Səni axtarıram” verilişində danışılıb. Orxanın dostu efirə telefon bağlantııs ilə doşularaq onun məşğul olduğu işlər haqqında məlumat verib:

“Elə şeyər var ki, efirdə danışmaq olmaz. Dörd ildir onunla dost idim. Orxan restoran işlədirdi. Bizim ortaq tanışlarımız var idi, onların vasitəçiliyi ilə dost olmuşduq. Eşitdiyimə görə, kriptovalyuta ilə məşğul olurdu. Orxan istəyirdi ki, avtomobillər alsın, taksilərə versin. Yaxud Gürcüstandan avtomobil gətirib satmaq istəyirdi. Demişdi ki, nəsə Moskvada ciddi bir işi var. O, 8 ay özünü məndən, sizdən gizlədə bilər, amma anasından mümkün deyil”.