WOW
WOW

Çinarənin əri övladının ölümündən danışdı!

Çinarənin əri övladının ölümündən danışdı!

Aparıcı Çinarə Əliyevanın həyat yoldaşı Ruslan Rəsul ilk dəfə övladlarını itirmələrindən danışıb.

OLAY yazır ki, o, “AzTimes”a açıqlama verərək bunları söyləyib:

“Biz əvvəldən məlumatlıydıq. Bir xanımın hamiləliyi həmişə nəzarətdə olur, tez-tez yoxlanışa gedir. 20-ci həftəsində də bu, çıxmamışdı. Amma 8-ci ayda müayinə zamanı uşaqda qara ciyərin sağ payının sağ döş qəfəsində olması ağ ciyərin inkişafdan qalmasına səbəb olmuşdu. Çinarə ilə istədik ki, onu saxlayaq. Bəzən valideynlər uşağın süni doğuşla tələf olmasını istəyirlər. Qüsurlu uşaq olmasını istəmirlər. Biz axıra qədər getdik ki, insanın sağ qalma ehtimalı ola bilər. Biz həkimlərlə də danışdıq. Uşaq ayın 6-ı qeysəriyyə əməliyyatı ilə dünyaya gəldi, 7-i günü əməliyyata alındı. Uğurla başa çatdı, lakin ondakı problem dünyasını dəyişməsinə səbəb oldu. Burada heç bir həkim günahkar deyil. Çinarə ilə mənim aramda olan bu sirrin yayılmasını istəmirdik. Yalnız ailə üzvlərimiz və həkimlərimiz bilirdi. Sağ tərəfdə uşağın ciyəri açılmadığı üçün belə oldu. Ola bilərdi ki, uşaq doğulardı, qüsurlu olardı, iki il sonra dünyasını dəyişərdi. Bu, bizim üçün daha ağır olardı. Həyat davam edir, Allahın köməkliyi ilə yenidən uşağımız dünyaya gəlir. Çinarənin ən çox ailəsi yanındadır. Toparlanmağa çalışır. Həyat davam edir, bunu atlatmaq lazımdır. Hər şey yaxşı olacaq”.