WOW
WOW

Əməkdar artistlə “Azərlotereya” arasında nə baş verib?

Əməkdar artistlə “Azərlotereya” arasında nə baş verib?

Əməkdar artist Qorxmaz Əlili “Azərlotereya” Aqçı Səhmdar Cəmiyyətini məhkəməyə verib.

OLAY yazır ki, onun iddiasına Səbail Rayon Məhkəməsində baxılacaq. Mədinə Bağırova iş üzrə hakim təyin edilib. İşin mahiyyəti əmək münasibətlərinə dair mübahisələrdən ibarətdir. 

Qorxmaz Əlili uzun müddət “Azrlotereya”da çalışıb. Lakin sonradan işdən çıxarılıb. Şoumen özü bu barədə mediaya açıqlamasında deyib: “Mənə gələn təklifə əsasən "Azərlotereya"da çalışmağa başladım. Bəxtimdən buranın da müdirin dəyişdilər. Yeni müdir gələndən sonra məni gözümçıxdıya saldı. Mənim üzümə qarşı dedi ki, sənin bu qədər maaş almağın məni yandırır. O anlamadı ki, lotonun adı mənimlə bağlı idi. O zaman 250 ”“ 300 min loto bileti satılırdısa, indi bu məbləğ  50- 60 minə düşüb. Sonra ona deyiblər ki, Qorxmazı qaytar işinə. O da cavab verib ki, mən işdən çıxaram, amma onu bura qaytarmaram”.