WOW
WOW

Nazir ona maddi dəstək göstərən müəllimini tapdı!

Nazir ona maddi dəstək göstərən müəllimini tapdı!

Şair Raqif Raufoğlu Elm və Təhsil Naziri Emin Əmrullayevlə bağlı maraqlı fakt açıqlayıb.

OLAY yazır ki, bununla bağlı o, sosial şəbəkə hesabında məlumat yayıb.

“Varşava Texniki Universitetinin azərbaycanlı professoru Nəbi müəllim deyir ki, 2003-cü ildə Polşada bir tələbə təhsil alırdı. Olduqca imkansız gənc idi, amma yaxşı oxuyurdu. Mən də bir həmvətənim kimi ona əlimdən gələn maddi və mənəvi köməyi edirdim. Təhsilini bitirib vətənə döndü. Bir müddət xəbərləşsək də, sonra əlaqə itdi. Bu yaxınlarda Azərbaycandan Polşaya sorğu göndərib məni tapıblar. Çox təəccübləndim ki, görəsən kimdir? Məlum oldu ki, məni axtaran həmin gənc tələbəm, bu gün Azərbaycanın Təhsil Naziri Emin Əmrullayevdir. Çox gözəl hekayədir. Bunu nə üçün hamı bilməsin ki?”, - deyə, R. Raufoğlu bildirib.