WOW
WOW

“Tiktokda bu mahnıları paylaşın”

“Tiktokda bu mahnıları paylaşın”

Xalq artisti Tünzalə Ağayeva “Hər zaman musiqi” verilişinin buraxılışlarından birində maraqlı məqama toxunub.

OLAY yazır ki, sənətçi efirdən gənclərə üzünü tutaraq bu sözləri söyləyib:

“Əziz gənclər, Tiktokda bu mahnıları paylaşın, videolara bunları çəkin. Bizim gənclərimiz, tələbələrimiz, artıq internetdəyik, orada yaşayırıq. İnternet bizim üçün çox gözəl vasitədir, əlimizdə silahdır. Biz o silahı erməniyə tuşladıq, Qarabağımızı azad etdik. Ən böyük silah isə mədəniyyətdir. O silahı düzgün yerə tuşlasaq, bizim mədəniyyətimiz dünyada birə-on şəkildə təbliğ olunacaq”.