WOW
WOW

“Atam qayıdıb gələndə anam qəbul etmədi”

“Atam qayıdıb gələndə anam qəbul etmədi”

“Mən atamdan ayrılanda 7-ci sinifdə oxuyurdum. Atamın olmadığı illər bizim ən çətin dövrümüz olub. Atam Rusiyada yaşayırdı və bu səbəbdən 7 il Azərbaycana gəlmədi”.

OLAY yazır ki, bu sözləri “Həftənin qonağı” verilişində aktrisa Pərvin Abıyeva deyib. Atasından danışan Abıyeva bunları söyləyib:

“Ayrılma səbəblərindən ən böyüyü də bu idi. Həm ata, həm də anamın qohumları anamı yox sayırdılar. Evsiz, pulsuz qaldıq. Amma bunlara görə mən nə atamı, nə də ki, anamı günahlandırıram. Atamın geri qayıtmamasının səbəbi isə orada başına xoş olmayan işlərin gəlməsi oldu. Atam heç zaman anama xəyanət etməyib. Başqa və daha böyük problemlər idi. O qayıdıb gələndə isə anam onu qəbul etmədi”.