WOW
WOW

“Bu xəstəlikdən qurtulmaq istəyirəm”

“Bu xəstəlikdən qurtulmaq istəyirəm”

“Saat 05:05, demək olar ki, əksər hallarda bu saatlarda yuxum gəlir və yatmağa hazırlaşıram. Bu saata qədər isə, telefon və planşetdə axtarışlar, nələrsə öyrənmək, daha çox hallarda isə kitab oxumaqla məşğul oluram”.

OLAY yazır ki, bu sözləri instaqramda aktyor Elcan Rəsulov yazıb. Xəstəliyindən bəhs edən Elcan ondan qurtulmaq istədiyini deyib:

“Və bu gün axtardığım informasiya və oxuduğum kitabların sayəsində ayağımda artıq neçə ildi baş verən və məni incidən xəstəliyin adını tapdım. İnsanın öz dərdini özündən yaxşı heç kim bilə bilməz. Deməli belə, xəstəliyin adı “GUT”dur. Hətta bəzən bu xəstəliyə zəngin adamların xəstəliyi deyilir. Çox yeyib içməkdən, düzgün olmayan pəhriz saxlamaqdan, genetik yollarla və yaxud müxtəlif vasitələrlə yarana bilər. Ümumiyyətlə məndə zəngin adamlara xas olan xəstəliklərin çoxu var, qalıb bir dənə zəngin olmaq. Təbii ki, bu illərdə baş verən ağrılarımın qarşısını almaqda mənə yardımçı olan həkimlər olub. Onların hamısına təşəkkür edirəm. Məhz onların tətbiq etdiyi iynə və dərmanlar vasitəsilə bura qədər gətirmişəm özümü. İndi isə istəyirəm ki, bu xəstəlikdən tam qurtulum. Düşünürəm ki, tibb durmadan inkişaf edir və bunun da çarəsi artıq tapılıb. Hansısa kitab, hansısa sayt, hansısa savadlı həkim bilsəniz, mənə rəydə yazın, qalanı mənlikdir”.