Mərhum Xalq artisti ilhamə Quliyevanın övladlıq oğlu Orxan Nadirovun səs yazısı yayılıb.
OLAY yazır ki, onun itkin düşməzdən əvvəl dedikləri “Səni axtarıram” verilişində təqdim edilib.
Əvvəlcə Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı hadisə ilə bağlı bunları deyib:
“Orxan izlənildiyini bildiyi an ölkədən çıxmaq istəyib. Lakin bilirdi ki, izləyirlər, hava limanına gedir. Həbs olunmaq üçün gedir? İlk dəfə həftə sonunun tez bitməyini istədim ki, bu məlumatları səsləndirim. Mənə yardım etmək istəyənlərin göndərdikləri məlumata əsasən Orxanın bir pasportu olub. Moskvaya gedir, uçuşa iki gün qalmış, zəng edib deyir ki, işim alınmadı, məni güdürlər. Əgər məni hava limanında tutsalar, telefonda ol. Yəni həmin şəxslə telefonla danışa-danışa hava limanına, sərhədə gedir. Deyir, telefonda hər şeyi eşidib, kimsə yaxınlaşıb, onu aparıblar. Orxan həbs olunacağını bilə-bilə bir şəxsə zəng edir ki, məni izləyirlər, hava limanına gedirəm, sən də şahid ol, anama, yaxınlarıma xəbər verəsən. Sonra rəsmi məktub gəlir, Orxan Moskvadan çıxmayıb, ikinci məktuba əsasən isə Orxanın uçduğu deyilir”.
Daha sonra Orxanın həmin dostuna göndərdiyi səs yayımlanıb. Səsdə o bildirib:
“Deyəsən, onları “qırdım”. Çünki getdiyim yolu qayıtdım, qarşıma çıxmadılar. Məni parkda itirdilər”.