Əməkdar artist Mətanət İsgəndərlinin qalmaqal yaşadığı keçmiş gəlini Canana müğənninin ona ev aldığını açıqlayıb.
OLAY yazır ki, bu barədə o, “Elgizlə izlə” verilişində danışıb. Canana deyib ki, artıq sənətçinin evində yaşayır:
“Gözümdə zəiflik var idi. Mətanət xanım burada da dadıma çatdı. Məni həkimə tapşırdı. O, mənim anamdır. Mətanət xanımın evində qalıram. Uşaqlarımın yanındayam. Bizə ev aldı. Sağ olsun. Kaş, bu hadisə olmazdı. Mənim də günahım yox idi. Allah şeytana lənət etsin”.