WOW
WOW

“Cücələrim” Qazaxıstanda özbək mahnısı kimi bilinirmiş

“Cücələrim” Qazaxıstanda özbək mahnısı kimi bilinirmiş

Xalq artisti Natiq Şirinov paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, sənətçi Qazaxıstanda məşhur “Cücələrim” mahnısının özbək nəğməsi kimi bilindiyi ilə bağlı paylaşım edib.

“Mən və qrupum Qazaxıstanda özbək mahnısı olaraq bilinən “Cücələrim” mahnısını ifa edərək, Azərbaycan mahnısı olduğunu təsdiqlədik. Bu gözəl və maraqlı anımızı sizinlə paylaşmaq istədim”, - deyə, o, bildirib.

Qeyd edək ki, sözügedən bəstənin sözləri Tofiq Mütəllibova, musiqisi Qəmbər Hüseynliyə məxsusdur.