WOW
WOW

Rza Rzayevlə bağlı yeni qərar

Rza Rzayevlə bağlı yeni qərar

Ötən il xuliqanlıqda təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilmiş tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayevin cəzası azaldılıb.

OLAY “Qafqazinfo”ya istinadən yazır ki, Xəzər Rayon Məhkəməsi belə qərar qəbul edib.

Hakim İlham Cəfərzadənin qərarı ilə Rza Rzayevin cəzası 6 ay azaldılıb. Bu qərarla onun çəkilməmiş 6 ay həbsi qalıb.

Qeyd edək ki, Rza Rzayev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunub. Birinci instansiya məhkəməsi ona həbs cəzası verməyib. Zərərçəkmiş şəxs hökmdən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Rza Rzayev 2 il azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub. Rza Rzayev Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyevə xəsarət yetirməkdə təqsirləndirilib. Hadisə 2018-ci il yanvarında 220-saylı məktəb-liseydə baş verib. Təhsil müəssisəsinin direktor müavini, Rza Rzayevin bacısı Zeynəb Rzayeva həmin tarixdə direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra onun qardaşı Rza Rzayev direktorun yanına gələrək onunla mübahisə edib və iddiaya görə daha sonra onu döyüb.

Xatırladaq ki, Rza Rzayev millət vəkili Aqil Abbasın romanı və ssenarisi əsasında çəkilmiş “Dolu” filmində rol aldığı “Drakon” obrazı ilə məşhurlaşıb.