WOW
WOW

“Azərbaycanda ilk şadlıq evini mən açmışam”

“Azərbaycanda ilk şadlıq evini mən açmışam”

Xalq artisti Ağadadaş Ağayev açıqlamasıyla diqqət çəkib.

OLAY yazır ki, biznesdən danışan sənətçi Azərbaycanda ilk özəl şadlıq evini özünün açdığını deyib. O, bu barədə “Qonaqcanlı” verilişində danışıb.

“Biznesə son olmaz. Başlanğıc indidir. Azərbaycan coğrafiyasında ilk özəl şadlıq evini mən açmışam. Bunu tarixə, rəsmiyyətə görə deyirəm. Bir ilk olub. O açılışdan sonra bir neçə şadlıq evləri açıldı. Mən o vaxt onu edəndə Aftandil (red. – Xalq artisti Aftandil İsrafilov) durdu çıxış etdi. İnsanlara qəribə gəlirdi. Deyirdilər, müğənninin bu işlə nə işi var. Aftandil dedi ki, Aftandilin canı üçün sən ağıllı oğlansan. İbrahim Tatlısesin də yerləri var. Sonra Aftandili çəkdim dedim ki, mən oxuyanların çoxunun son aqibətini bilirəm. Kimlər bu dünyadan necə gedib. Şair də deyir ki, sağ əli sol ələ möhtac etmə. Mənim Allahdan bir arzum olub ki, məni ölənə qədər nəinki heç kimə, övladlarıma da möhtac etməsin. Ona görə də mən o bazanı qoyuram. Mən toya getsəm də, getməsəm də, mənim üçün bir şey dəyişmir”, - deyə, Ağayev söyləyib.