WOW
WOW

“Bu dəyər üçün çox bəxtiyaram”

“Bu dəyər üçün çox bəxtiyaram”

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə Dövlət Mükafatına layiq görülməsindən danışıb. 

Əməkdar incəsənət xadimi bu barədə OLAY-a açıqlama verib. Sənətçi çox xoşbəxt olduğunu bildirib:

“Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız tərəfindən məmləkətimin müstəqillik bayramı ərəfəsində Dövlət Mükafatına layiq görülməyim böyük dəyərdir. Fəaliyyətimə verilən qiymət kimi bu dəyər üçün çox xoşbəxtəm, bəxtiyaram. Cənab Prezidentimizə, ölkəmə, dövlətimə minnətdaram”.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadəyə Dövlət Mükafatı verilib.

Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sənəddə qeyd olunub ki, Dövlət Mükafatı teatr rejissorluğu sahəsində fəaliyyətinə görə verilir.

Xatırladaq ki, M.Ələkbərzadə indiyədək çoxsaylı tamaşa, ekran əsərlərinin müəllifi, rejissoru, eləcə də Gənc Tamaşaçılar və Yuğ Teatrlarının baş rejissoru vəzifələrində çalışıb.