WOW
WOW

Nərgiz özündən 11 yaş kiçik bəyə ərə getdi

Nərgiz özündən 11 yaş kiçik bəyə ərə getdi

53 yaşlı rusiyalı müğənni Nərgiz Zakirova növbəti dəfə ailə qurub. 

OLAY yazır ki, sənətçi bu barədə instaqramda məlumat paylaşıb. O, ABŞ-də baş tutan nikah mərasimindən görüntüləri izləyiciləri ilə bölüşərək bunları yazıb: 

“Sən həmişə ən xoşbəxt və çətin anlarımda yanımda olmusan. Mənə olan səmimi sevginizi heç nə qıra bilməz. Əsas odur ki, məni heç nə və heç kim qıra bilməz. Buna görə sizə sonsuz minnətdaram. Həyatımın yeni səhifəsi başlayıb”, - deyə müğənni qeyd edib.

Zakirova komandasının texniki işçisi olan, özündən 11 yaş kiçik Anton Lovyeqiyə ərə gedib. 

Qeyd edək ki, daha əvvəl sənətçi deyib ki, yaş fərqi onların münasibətlərinə təsir etməyib. Cütlük on ildən artıqdır ki, birlikdədir.