WOW
WOW

Emin Alyona ilə 2-ci dəfə evləndi!

Emin Alyona ilə 2-ci dəfə evləndi!

Xalq artisti Emin Ağalarov model Alyona Qavrilova ilə yenidən ailə qurub.

OLAY yazır ki, bu barədə Rus mətbuatında məlumat yayılıb. 

Bildirilib ki, Ağalarovla  Alyona mayın 26-da Moskvanın qeydiyyat idarələrindən birində nikaha daxil olublar. 

İkinci dəfə ailə qurmaqlarını qeyd edən cütlük dostlarından fotoları sosial şəbəkələrdə paylaşmamalarını istəyib.

Qeyd edək ki, Emin və Alyona 2018-ci ildə ailə qurmuş, 2020-də boşanmışdı. Bir qız övladı olan cütlük daha sonra barışmış, lakin münasibətlərini rəsmiləşdirməmişdi.