Aparıcı-prodüser Tarix Əliyev mərhum Xalq artisti İlhamə Quliyevanın oğlunun itkin düşməsi məsələsinə münasibət bildirib.

Bu barədə Tolik OLAY-ın instaqram hesabında şərh yazıb.

“Nəsə bu məsələyə inanmadım. Orxan məsələsini yenə gündəmə gətirib, İlhamədən miras pay istəyəcəklər. Amma olmayacaq”, - deyə, qeyd edib. 

Xatırladaq ki, Orxanın doğma anası Lalə xanım “Səni axtarıram” verilişinə çıxaraq oğlunun ötən ilin sentyabrında Moskvadan Türkiyəyə uçmaq üçün getdiyi hava limanında itkin düşdüyünü deyib.

“İlhamədən yenə miras istəyəcəklər”